- Köhnə - Hadisə
- 3 May 2013 13:00
- 1 382
ARDNŞ təkzib etdi:“Yayılan məlumatlar həqiqətəuyğun deyil“
ARDNŞ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nizaməddin Quliyev deyib.
Qeyd edək ki, daha əvvəl bəzi KİV-in yaydığı məlumatda NQÇİ-də əməkhaqqından narazı olan 100-ə yaxın işçinin tətilə başladığı bildirilirdi.
Quliyev deyib ki, idarədə 40 briqada işləyir. Bütün briqadalar iş yerindədir.
Qeyd edək ki, bu gün səhər saatlarında NQÇİ-nin 8 əməkdaşı ötən aya görə əməkhaqqında fərqi aydınlaşdırmaq üçün idarəyə gəlib. İzahatdan sonra cavabdan razı qalan əməkdaşlar işi davam etdiriblər.
AzNews.az