Xəbər verdiyimiz kimi, bu gün Nəsimi rayon Məhkəməsində REAL hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı proses keçirilib Xəbər verdiyimiz kimi, bu gün Nəsimi rayon Məhkəməsində REAL hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı proses keçirilib

İlqar Məmmədovun həbs müddəti 3 ay uzadıldı

Xəbər verdiyimiz kimi, bu gün Nəsimi rayon Məhkəməsində REAL hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı proses keçirilib



Bu barədə AZNEWS.AZ-a İ.Məmmədovun vəkili Xalid Bağırov məlumat verib. O bildirib ki, məhkəmə istintaq orqanın İ. Məmmədovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı verdiyi vəsatətə baxıb və vəsatəti təmin edib. Məhkəmə İ. Məmmədov barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətini daha 3 ay uzadıb.

Xatırladaq ki, İ.Məmmədov barəsində Cinayət Məcəlləsinin 220-ci maddəsi (kütləvi işğtişaş) ilə cinayət işi açılıb. Maddəyə görə, onu 4 ildən 12 ilədək həbs gözləyir.

AzNews.az