Qəbələninin ən mənzərəli bölgəsində yerləşən kənd köçürülür Qəbələninin ən mənzərəli bölgəsində yerləşən kənd köçürülür

Qəbirlərin yerində villa tikən məmur kimdir ?

Qəbələninin ən mənzərəli bölgəsində yerləşən kənd köçürülür



Dövlət məmurlarından birinə Qəbələ rayon Küsnət kəndində yeni iqamətgah tikilir. Buna görə ötən ilin dekabrında bütöv kənd boşaldılıb. Bu günlərdə isə kənd qəbirstanlığı sökülüb. Bu barədə redaksiyamıza telefon zəngi açaraq adının çəkilməsini istəməyən Küsnət kəndinin sakini bildirdi. Şikayətçinin sözlərinə görə, rəsmilər yerli qəbirstandan cəsədlərin qalıqlarını çıxarıb başqa yerdə dəfn etməyə çalışırlar. Amma sakinlər bununa razılaşmırlar. Onlar cəsədlər üçün nəzərdə tutulan tabutları yandırıblar.

Şikayətçi bildirir ki, rəsmilər qəbirlərin köçürülməsinə etiraz edənləri həbs ediləcəklərini deyiblər. Küsnət sakini onu da vurğuladı ki, evin köçürülməsinə görə kompensasiya ödənilsə də, onlar doğma kəndlərini tərk etmələrinə məyusdurlar. Qəbələninin ən mənzərəli bölgəsində yerləşən Küsnət kəndində təxminən 30 ev var. /Bizimyol qəzeti/

AzNews.az