Mövqelərimiz yenidən atəşə tutuldu

Erməni silahlı bölmələri mövqelərimizi yenidən atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumata görə, erməni silahlı bölmələri şənbə günü və bazar gününə keçən gecə Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Qorqan, Horadiz, Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

AzNews.az