Milli Məclisin Regional məsələlər üzrə komitəsinin iclasında Cəlilabad rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi müzakirəyə çıxarılıb Milli Məclisin Regional məsələlər üzrə komitəsinin iclasında Cəlilabad rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi müzakirəyə çıxarılıb

Cəlilabadda 5 yeni kənd yaradılır

Milli Məclisin Regional məsələlər üzrə komitəsinin iclasında Cəlilabad rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi müzakirəyə çıxarılıb



Trend-in məlumatına görə, rayonda 5 yeni inzibati ərazi dairəsinin yaradılması və 2 kəndin adının dəyişdirilməsi müzakirəyə çıxarılıb.
Komitə sədri Arif Rəhimzadə bildirib ki, Sərhədabad, Məşədivəli və Əliabad kəndləri Kürdlər kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq, mərkəzi Sərhədabad kəndi olmaqla Sərhədabad kənd inzibati ərazi dairəsi yaradılacaq və Azərbaycanın ərazi vahidlərinin Dövlət reyestrinə daxil ediləcək.

Qanun layihəsində həmçinin qeyd olunub ki, Zopun, Cəfərli, Günəxanlı, Həsənli və Məşədi Hüseynli kəndləri Astanlı kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq, mərkəzi Zopun kəndi olmaqla Zopun kənd inzibati ərazi dairəsi yaradılacaq və Azərbaycanın ərazi vahidlərinin Dövlət reyestrinə daxil ediləcək.

Kazımabad kəndi isə Muğan kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Kazımabad kənd inzibati ərazi dairəsi yaradılacaq, Təzəkənd kəndi isə Üçtəpə kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Təzəkənd kənd inzibati ərazi dairəsi yaradılacaq.
Qanun layihəsində həmçinin qeyd olunub ki, Badamağacı, Buravar və Şatırlı kəndləri Ləkin kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq, mərkəzi Şatırlı kəndi olmaqla Şatırlı kənd inzibati ərazi dairəsi yaradılacaq.

Həmçinin Rəhimzadə bildirib ki, Xanəgah kənd inzibati ərazi dairəsi tərkibində faktiki mövcud olan yaşayış məntəqəsi Türkelli adlandırılacaq. Bundan başqa İcarə kəndinin tarixi adı bərpa edilərək həmin kənd Eçara kəndi adlandırılacaq.

Komitə sədri bildirib ki, yeni inzibati ərazi dairələrinin yaradlması bu kəndlərinin inkişafına, yeni iş yerlərinin yaradılmasına və idarəetmənin yaxşılaşdırılmasına yardım edəcək.