Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir

Sabaha olan hava proqnozu

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir



Axşama doğru yarımadanın bəzi yerlərində qısa müddətli az yağış yağacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev açıqlamasında deyib ki, sabah mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17, gündüz 21-26 dərəcə isti olacaq.

Mayın 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər saatlarında yarımadanın bəzi yerlərində qısa müddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18, gündüz 21-26 dərəcə isti olacaq.

Mayın 29-da Azərbaycanın rayonlarında gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Havanın temperaturu Aran rayonlarında gecə 12-17, gündüz 22-27 dərəcə, dağlarda gecə 5-10 dərəcə, gündüz 14-19 dərəcə isti olacaq.

Mayın 30-da da bölgələrdə gün ərzində əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Havanın temperaturunun Aran rayonlarında gecə 13-18, gündüz 24-29 dərəcə, dağlarda gecə 6-11 dərəcə, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

AzNews.az