Avtomobil və sürücüsü yandı - Goranboyda

Goranboy rayonunda minik avtomobili yanıb, sürücü bədəninin müxtəlif nahiyələrindən yanıq xəsarətləri alıb.

Goranboy rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 13:00 radələrində rayonun Veyisli kəndində qeydə alınıb.

Kənd sakini 1991-ci il təvəllüdlü Anar Vaqif oğlu İsgəndərova məxsus 10-EK-467 dövlət nömrə nişanlı "VAZ-2103" markalı avtomobil tamamilə yanaraq yararsız hala düşüb. A.İsgəndərovun yaşadığı evin həyətindəki minik avtomobilində baş verən yanğının söndürülməsi üçün əraziyə bir yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Yanğınsöndürənlər alovun yaxınlıqdakı yardımçı tikililərə keçməsinin qarşısını alıblar. Hadisə zamanı alovun qarşısını almaq istəyən sürücü A.İsgəndərov bədəninin müxtəlif nahiyələrindən yanıq xəsarətləri alaraq Goranboy Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, maşının yanmasına səbəb sürücünün səhlənkarlığı səbəb olub. A.İsgəndərov çəkdiyi siqaret kötüyünü oturacağın üstünə qoyaraq maşını tərk edib və az sonra avtomobilin yandığını görüb. Faktla bağlı araşdırma aparılır.

AzNews.az