Uşaqlara qarşı zorlama hallarının statistikası

“Azərbaycanda il ərzində uşaqlara qarşı törədilən və müvafiq qaydada istintaqı tamamlanmış cinayətlərin ümumi sayı 500 fakt təşkil edir ”



APA-nın məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin Yetkinlik yaşına çatmayanlar arasında profilaktik işin təşkili şöbəsinin rəisi Kamal İmamverdiyev bildirib.

O qeyd edib ki, bütün bunlar kriminal zəmində olan cinayətlərdir və bunların fövqündə uşaqlara qarşı ailə-məişət zəminində törədilən cinayətlər qeyd olunan cinayətlərin 7-8 faizini təşkil edir: "Bu rəqəmlər MDB ölkələri ilə müqayisədə 3-4 dəfə aşağıdır".

DİN rəsmisi bildirib ki, uşaqların məruz qaldığı ümumi cinayətlərin 29 faizi onların cinsi azadlığı və ya cinsi toxunulmazlığı əleyhinə törədilən cinayətlərdir: "Yuxarıda qeyd etdiyim il ərzində olan 500 cinayətin 1,1 faizi seksual xarakterli - zorlama cinayətləridir. Bundan başqa, il ərzində uşaqlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri 4 faiz təşkil edir, bu hərəkətlərə məcburetmə isə 0,1 faiz olub. Azərbaycanda 16 yaşına çatmayan qızlarla onların iradəsinə zidd olaraq cinsi əlaqədə olma cinayətlərinin sayı sadaladıqlarımın fövqündə daha çox - 20 faiz təşkil edir. Təxminən il ərzində 150-180 cinayət faktı buna aiddir. Təkcə cari ilin 5 ayında bu cinayətlə bağlı 57 fakt qeydə alınıb".

AzNews.az