Milli Məclisin növbədənkənar yaz sessiyasının ilk iclasının gündəliyi açıqlanıb. Milli Məclisin növbədənkənar yaz sessiyasının ilk iclasının gündəliyi açıqlanıb.

“Elm haqqında” qanunun gecikmə səbəbləri

Milli Məclisin növbədənkənar yaz sessiyasının ilk iclasının gündəliyi açıqlanıb.



Gözləntilərə rəğmən, "Elm haqqında" və "Ali təhsil haqqında" qanun layihələri gündəliyə salınmayıb. Bəs bu iki qanunun müzakirəsi və qəbulu niyə gecikir?

Bu yöndə Lent.az-ın suallarını cavablandıran Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asəf Hacıyev Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) yeni prezident seçildiyini, Təhsil Nazirliyinə yeni nazirin təyin edildiyini xatırladıb.

Asəf Hacıyev deyib ki, AMEA-nın yeni prezidenti akademik Akif Əlizadə çox təcrübəli, tanınmış alimdir və elm sahəsindəki məsələlər barədə lazımi səviyyədə məlumatlıdır. Onun sözlərinə görə, AMEA "Elm haqqında" qanunda müəyyən məsələlərin əksini tapmasını zəruri saya bilər.

A. Hacıyev "Elm haqqında" qanunun müzakirəsi və qəbulunun gecikməsində alimlərin sosial müdafiəsi ilə bağlı məsələnin də müəyyən rol oynadığını istisna etməyib: "Alimlərin sosial müdafiəsi ilə bağlı məsələ "Elm haqqında" qanunda tam şəkildə əksini tapmalıdır. Sadəcə qanunu qəbul etməklə məsələ bitmir, gərək bunun mexanizmi də olsun".

"Ali təhsil" haqqında qanun layihəsinə gəlincə, Asəf Hacıyev qanun layihəsinin hazırlanmaqda olduğunu bildirib: "Təhsil Nazirliyinin rəhbərliyində dəyişiklik var. Nazirliyin rəhbərliyinə gənc və perspektivli şəxs gəlib. Əlbəttə, nazirliyin də "Ali təhsil haqqında" qanunla bağlı təklifləri olacaq. Böyük ehtimalla, "Elm haqqında" və "Ali təhsil" haqqında qanunlar Milli Məclisin payız sessiyasında qəbul olunacaq".

AzNews.az