6 yaşlı uşağı ilan sancdı

Salyanda 6 yaşlı uşağı ilan sancıb. Təcili olaraq Bakıya - Kliniki Tibbi Mərkəzə gətirilən qızın vəziyyəti ağırdır. Bu barədə məlumatı AzNews.az-a mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov verib.

Şöbə müdirinin sözlərinə görə, iyulun 1-də gecə saatlarında gətirilən xəstəyə lazımı tibbi müdaxilə göstərilsə də, vəziyyəti ağır olaraq qalır.

6 yaşlı uşağı ilan çöldə oyun oynayarkən sancıb.

Elnarə
AzNews.az