Masallıda zəlzələ oldu

Masallıda zəlzələ baş verib.

AzNews.az-ın Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, yeraltı təkanlar 3,10 bal gücündə qeydə alınıb.

Zəlzələ yerli vaxtla saat 18:44-də Masallıda, Lənkərandan 38 km şimalda, yerin 50 km dərinliyində baş verib. Zəlzələ hiss olunmayıb.

AzNews.az