- Köhnə - Hadisə
- 8 İyul 2013 08:47
- 814
Bakının daha bir küçəsində hərəkət məhdudlaşdırılıb

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, Tbilisi prospektinin cənub istiqamətinə Abdulvahab Salamzadə küçəsi ilə kəsişməsindən Akademik Şəfaət Mehdiyev küçəsi ilə kəsişməyə qədər olan hissəsində (Nəqliyyat Nazirliyinin inzibati binasının qarşısı) təmir tikinti işləri ilə əlaqədar olaraq yol bağlıdır. Sürücülərin alternativ olaraq Həsən bəy Zərdabi və Abbas Mirzə Şərifzadə küçələrindən istifadə etmələri xahiş olunur.
Məlumat üçün qeyd edək ki, hazırda həmin ərazidə böyük tıxac yaranıb.
AzNews.az