- Köhnə - Hadisə
- 23 İyul 2013 09:06
- 1 813
İçərişəhərdə etiraz çadırları qurulacaq

Birliyin rəhbəri Mehriban Zeynalova AzNews.az-a bildirib ki, gün ərzində yeni ofislə təmin edilmək üçün İçərişəhər Dövlət Qoruğunun cavabını gözləyir: "Əgər bu gün bizə cavab verilməsə, İçərişəhərdə çadır qurub sığınacaqdakı qadınları ora yerləşdirməkdən başqa çıxış yolu görmürəm. Ofis mənim şəxsi mülkiyyətimdir, hazırda söhbət təkcə mənim mülkiyyətimə dəyən ziyandan getmir. İşimiz, layihələrimiz tamamilə dayanıb. Hazırda sığınacaqda 5 qadın var və onların da vəziyyəti acınacaqlıdır".
Qeyd edək ki, dünən ATƏT nümayəndələri birliyin dağıdılan ofisinə baş çəkərək vəziyyətlə tanış olub.
Elnarə Əlosmanqızı
AzNews.az