- Toplum
- 28 May 07:33
- 2 316
ASAN xidmət bu gün işləyəcəkmi?

28 may- Azərbaycanda Müstəqillik Günüdür.
Bir çox vətəndaşlar bayram gününün yaratdığı fürsətdən istifadə edərək ASAN Xidmətə müraciət etmək istəyir, lakin bu gün xidmətin işləyib-işləmədiyini bilmirlər.
AzNews.az bununla bağlı vətəndaşları agah edir ki, 28 May- Müstəqillik Günü münasibətilə ASAN xidmət və ASAN kommunal mərkəzlərində bu gün qeyri-iş günü olacaq.
Beləliklə, 28 may tarixində mərkəzlərdə xidmət göstərilməyəcək.
Xidmətlərdən istifadə etmək istəyən vətəndaşlar 29 may tarixindən etibarən mərkəzlərə müraciət edə bilərlər.
AzNews.az