Ərdoğan: Lavrovun Ukrayna ilə danışıqlarla bağlı açıqlaması sülhə ümidi gücləndirir

Mayın 29-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya xarici işlər naziri Sergey Lavrov tərəfindən daha əvvəl elan edilmiş danışıqların yeni raundu zamanı kompromis əldə olunacağına ümid etdiyini bildirib.

"Rusiya xarici işlər naziri Lavrovun bu bəyanatı yüngül qəbul edilməməlidir. Bu bəyanat bizim sülhə olan ümidimizi daha da gücləndirdi", - Ərdoğan Azərbaycandan qayıtdıqdan sonra jurnalistlərə açıqlamasında deyib.

Türkiyə lideri vurğulayıb ki, Ankara sülh üçün səylərini davam etdirir və buna nail olmaq üçün səylərini davam etdirəcək.

Mövsüm

Aznews.az