Fidan Putinlə görüşü çox müsbət və faydalı adlandırıb

Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşünü çox müsbət və faydalı keçdiyini açıqlayıb.

"Görüş çox yaxşı atmosferdə keçdi, açığı. Biz əsasən Ukrayna ilə bağlı mövzulardan danışdıq. Akkuyu AES-i, Türkiyə ilə Rusiya arasındakı əlaqələri, həmçinin [Türkiyə neft-qaz şirkəti] Botaş-ın Qazprom ilə hazırkı prosesini danışdıq", - o, "Milliyet" qəzetinə deyib .

Fidan onu da qeyd edib ki, Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbulda baş tutan görüşü ilə bağlı Türkiyə hakimiyyətinin öz fikirləri var. O, bu qiymətləndirmələri Rusiya lideri ilə bölüşüb və ondan bununla bağlı şərhlər alıb.

Mövsüm

Aznews.az