- Türkiyə
- 29 May 14:47
- 2 416
Fidan Ukraynada uzunmüddətli atəşkəsi real həll yolu adlandırıb

Ukraynada uzunmüddətli atəşkəs sülh nizamlanması çərçivəsində real həlldir.
Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan məlumat verib.
" Uzunmüddətli atəşkəs daha real həll yolu kimi görünür. Daimi əsasda razılığa gəlmək üçün bəzi düsturlarımız var, tərəflərlə onların üzərində işləyirik", - deyə Fidan bildirib .
Nazir Türkiyənin bir həftə ərzində əvvəlcə Rusiyaya, sonra isə Ukraynaya gedə biləcək ölkə olduğunu da vurğulayıb və bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğana göstərilən hörmətin çox mühüm göstəricisi adlandırıb.
Mövsüm
Aznews.az