- Köhnə - Hadisə
- 29 İyul 2013 09:47
- 2 582
Vəkillərin ölümünə səbəb olan sürücünün şikayəti təmin olunmadı

APA-nın məlumatına görə, prosesdə qərar elan olunub. Qərara əsasən, E. Hüseynovun apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
İttihama görə, Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində Emin Hüseynovun idarə etdiyi "VAZ-21015" markalı avtomobillə Əyyub Cabbarovun idarə etdiyi "QAZ-66" markalı avtomobil toqquşub. Nəticədə "VAZ-21015" markalı avtomobildə olan sərnişinlər - 1965-ci il təvəllüdlü Natiq Mustafayev və 1973-cü il təvəllüdlü Xamiz Məmmədov hadisə yerində ölüblər, sürücü Emin Hüseynov və digər sərnişin - 1973-cü il təvəllüdlü Tərlan Hümbətov xəsarət alaraq Yevlax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Onlara vaxtında tibbi yardım göstərildiyindən həyatlarını xilas etmək mümkün olub.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E. Hüseynov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, yol qəzası nəticəsində dünyasını dəyişən Natiq Mustafayev və Xamiz Məmmədov Vəkillər Kollegiyasının üzvü olublar.
AzNews.az