Çöhrəqanlı Bakıya gəlir - EKSKLÜZİV

Güney Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən olan və hazırda Amerikada mühacirət həyatı yaşayan Mahmudəli Çöhrəqanlı avqustun ikinci yarısında Bakıya gələcək.

Bu barədə məlumatı AzNews.az-a doktor Çöhrəqanlının oğlu Alparslan Çöhrəqanlı verib.

Onun sözlərinə görə, hazırda viza alınması üçün bu ölkədəki Azərbaycan səfirliyinə müraciət edən doktor Çöhrəqanlı dəqiq cavab gözləyir: "Atamın Bakıya gəlməklə bağlı qəti qərarı var. Buna görə də səfirliyə vizanın Amerikada alınması, yoxsa hava limanında viza verilməsi imkanı ilə bağlı müraciət etmişik. Konkret cavab gözləyirik.

Əgər bu müddətdə viza səfirlikdə verilməsə, vizanı hava limanında almaq üçün atam Bakıya gələcək. Ümid edirik ki, onu aeroportdan geri qaytarmayacaqlar. Çünki Azərbaycan səfirliyindən bizim bu cəhdimizə qarşı çıxmayıblar. Amma konkret cavab hələ ki, verilməyib. Bununla belə atam avqustun ikinci yarısında Bakıya gəlməkdə israrlıdır".

Elnarə Əlosmanqızı
AzNews.az