Azyaşlı uşağı maşın vurdu - Ucarda

Ucarda azyaşlı piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA - nın yerli bürosunun məlumatına görə, hadisə dünən axşam saat 21:30 radələrində rayon mərkəzindəki Azərbaycan küçəsində qeydə alınıb. "Lifan" markalı minik maşını yolu keçmək istəyən 2005-ci il təvəllüdlü Ucar rayon sakini Əsgərov Məhəmməd Mətləb oğlunu vurub.

Yaralı Ucar Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı Ucar rayon Polis Şöbəsində araşdırma aparılır.

AzNews.az