Sabaha olan hava proqnozu

Həftənin ilk iş günündə fasilələrlə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bildiriblər ki, avqustun 5-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, fasilələrlə yağış yağacağı gözlənilir.

Bakı və Abşeron yarımadasında temperatur gecə 20-22, gündüz 26-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 5-də şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Havanın temperaturu Aran rayonlarında gecə 18-23, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 13-18 dərəcə isti olacaq.

AzNews.az