Bərdədə dəhşətli qəza: 2 ölü, 5 yaralı

Bərdə rayonunda baş verən dəhşətli yol qəzasında ölənlər və yaralananlar var.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Mirzəxanlı kəndində baş verib. Qəza zamanı iki avtomobil toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü Nurlan Əliyev və Orxan Kərimov hadisə yerində ölüblər. Onların avtomobillərindəki beş sərnişin isə yaralı halda Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Yaralılardan birinin vəziyəti ağır olduğu üçün o, Bakı şəhərinə göndərilib.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində cinayət işi başlanıb, istintaq aparılır.

AzNews.az