Ayın təzələnəcəyi vaxt açıqlandı - Rəsmi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası ayın təzələnəcəyi vaxtı açıqlayıb.

Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov APA-ya açıqlamasında deyib ki, Ramazan ayından sonra ayın təzələnməsi avqustun 6-dan 7-nə keçən gecə saat 02:52-də baş verəcək.

Onun sözlərinə görə, yeni ayı 2-3 gündən sonra görmək mümkün olacaq: "Yeni ayı insanlar avqustun 9-dan nisbətən, 10-da isə tam görə biləcəklər".

AzNews.az