Mövqelərimiz gecəboyu atəşə tutuldu

Cəbhədə vəziyyət gərginləşib. Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın Berd rayonunun Paravakar, Mosesqex, Aygedzor kəndlərində yerləşən mövqelərdən Qazax və Tovuz rayonlarının ərazisindəki adsız yüksəkliklərdə, həmçinin Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Eyni zamanda Ermənistanın İcevan rayonunun Vozaşen və Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qızılhacılı kəndində yerləşən mövqelərimiz də atəşə məruz qalıb.

Bundan əlavə Tərtər rayonunun Qızıl Oba, Çaylı, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Horadiz, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Şıxlar kəndləri yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

AzNews.az