Maşın dərəyə aşdı; ölən və yaralanan var

Azərbaycanın Lerik rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.


APA-nın cənub bürosunun məlumatına görə, hadisə avqustun 7-də saat 17.00 radələrində qeydə alınıb. Sumqayıt şəhər sakini Qardaşxan Səmədovun idarə etdiyi KİA markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb.

Qəza nəticəsində avtomobilin sərnişini, Lerik rayonunun Cəngəmiran kənd sakini Arif Mirzəyev hadisə yerindəcə dünyasını dəyişib, sürücü Q.Səmədov isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Lerik Rayon Polis Şöbəsində araşdırma aparılır.

AzNews.az