- Köhnə - Hadisə
- 8 Avqust 2013 13:18
- 2 755
Mirmahmud Mirəlioğlu qəzaya düşdü - Fotolar
Hadisə yerində olan əməkdaşımız bildirir ki, M.Mirəlioğlu idarə etdiyi 01 BB 057 dövlət nömrə nişanlı UAZ markalı avtomobili Gənclik metrosu istiqamətində hərəkətdə olan Nissan Sunny markalı minik maşınına vurub. Hadisə nəticəsinə KXCP sədrinin avtomobilinə ciddi ziyan dəyməsə də Nissan maşını xeyli əzilib. İlkin ehtimallara görə, qəzaya M.Mirəlioğlunun ehtiyatsızlığı səbəb olub.
Hadisə zamanı M.Mirəlioğluna və digər avtomobilin sürücüsü xəsarət almayıb. Qəzadan dərhal sonra əraziyə sığorta şirkətinin əməkdaşları çağırılıb.
AzNews.az