4 minik maşını toqquşdu, yaralılar var - FOTO

Ötən gün axşam saatlarında Gəndob-Yalama yolunun Xaçmaz şəhəri ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza nəticəsində 4 avtomobil toqquşub.

1992-ci il təvəllüdlü Paşayev İmran Bəxtiyar oğlunun idarə etdiyi 90 RF 287 dövlət nömrə nişanlı avtomaşın magistral yolda dönmək istəyərkən Salaxov Elşən Sabir oğlunun idarə etdiyi 10 NZ 291 dövlət qeydiyyatlı "Mercedes" markalı avtomaşınla toqquşub.

Bundan sonra "VAZ 2107" yolun kənarında dayanan Məmmədov Şahbuz Məmməd oğluna məxsus 90 DU 466 dövlət nömrə nişanlı "Mercedes"ə və Səfərəliyev Cahandar Bahəddin oğluna məxsus 10 CB 128 nömrəli "VAZ 2106" markalı maşına dəyib. Qəza nəticəsində İ.Paşayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. İlkin tibbi yardımdan sonra o ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az