Sabah Bakıda gəzməli hava olacaq

İstirahət günü Azərbaycan ərazisində hava sabitləşəcək, əsasən yağmursuz hava şəraiti hökm sürəcək.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında avqustun 11-da havanın dəyişkən buludlu keçəcəyi, arabir tutulacağı gözlənilir. Gün ərzində əsasən yağmursuz keçəcək. Gündüz şimal-qərb küləyi cənub küləyi ilə əvəzlənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 18-23, gündüz 27-32 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 11-da əsasən yağmursuz olacaq, lakin gecə və səhər saatlarında Böyük Qafqaz ərazilərində şimşək çaxacaq, qısamüddətli yağış yağacaq.

Aran rayonlarında havanın temperaturu gecə 18-23, gündüz 30-35 dərəcə, dağlıq ərazilərdə gecə 8-13, gündüz 19-24 dərəcə isti olacaq.

AzNews.az