- Köhnə - Hadisə
- 12 Avqust 2013 11:10
- 2 577
Sabah şimşək çaxacaq, yağış yağacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev AzNews.az-a bildirib ki, avqustun 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.
Havanın temperaturu gecə 19-23, gündüz 30-35 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında avqustun 13-də hava əsasən yağmursuz keçəcək. Lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu Mərkəzi Aran rayonlarında gecə 18-23, gündüz 34-36, dağlarda gecə 9-14, gündüz 20-25 dərəcə isti təşkil edəcək.
AzNews.az