Sərdar Əlibəylinin apellyasiya şikayəti təmin edilmədi

Bakı Apellyasiya Məhkəməsində "Nota-Bene" qəzetinin baş redaktoru Sərdar Əlibəyli barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv olunması barədə verilən apellyasiya şikayətinə baxılıb.

Vəkil Elçin Sadıqovun AzNews.az-a verdiyi məlumata görə, prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

AzNews.az