15 gündə 12 nəfəri ilan sancdı - Statistika



Son 15 gündə 17 nəfər ilan və zəhərli həşəratların sancması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə gətirilib.

Bu barədə məlumatı AzNews.az-a mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov verib.

A.Maqsudovun sözlərinə görə, hadisələrdən 12-i ilan sancması olub. Daha 3 xəstə qaraqurda sancması, 2 xəstə isə əqrəb sancması diaqnozu ilə gətirilib.

Əqrəb sanclamaları ilə bağlı hadisələr Qaradağ rayonunda və Qobu qəsəbəsində qeydə alınıb.

A.Maqsudov ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il ilan sancması hallarının az olduğunu bildirib. Şöbə müdiri bunu havaların ötən ilə nisbətən daha sərin keçməsi ilə izah edib: "Ancaq mövsüm hələ oktyabrın əvvəlinə qədər davam edəcək. Ona görə də faktların sayının artacağı istisna deyil".

Elnarə
AzNews.az