- Köhnə - Hadisə
- 16 Avqust 2013 12:52
- 3 393
Tural Abbaslının apellyasiya şikayəti təmin olunmadı

Bakı Apellyasiya məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
Apellyasiya şikayəti T. Abbaslı barəsində inzibati qaydada seçilən həbs qərarının ləğv edilməsi ilə bağlı olub.
Qeyd edək ki, Nəsimi Rayon Məhkəməsində keçirilən prosesdə Tural Abbaslının inzibati qaydada 15 sutka müddətinə həbs edilməsi barədə qərar çıxarılıb.
T. Abbaslı məhkəmə qərarı ilə barəsində seçilən 220 saatlıq icbari iş yerinə yetirilmədiyi üçün 41 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən məhkəməyə müraciət olunub.
AzNews.az