Zaqatalada zəncirvari qəza: 1 yaralı

Zaqatalada baş verən zəncirvari yol qəzasında bir nəfər xəsarət alıb.

Zaqatala rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə rayonun ucqar dağ kəndi olan Yuxarı Çardaqlarda baş verib. Yuxarı Çardaqlar kənd sakini, 1978-ci il təvəllüdlü Teymur Rəcəbovun idarə etdiyi "VAZ-2101" markalı avtomobillə kənd sakinləri Mövsüm Əliyevin idarə etdiyi "VAZ 211440" markalı və Yusif Mustafayevin idarə etdiyi "Niva" markalı avtomobillər bir-biri ilə toqquşub. Qəza nəticəsində T. Rəcəbov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Zaqatala Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Digər sürücülər isə xəsarət almayıb. Hər üç avtomobil yararsız hala düşüb. Faktla bağlı araşdırma aparılır.

AzNews.az