- Köhnə - Hadisə
- 20 Avqust 2013 08:44
- 3 529
Şirkətdən 110 min manat oğurlayan şəxslər yaxalandı - ÖZƏL

Abşeron rayon Polis Şöbəsindən AzNews.az-a verilən məlumata görə, keçirilən əməliyyat istintaq tədbirləri nəticəsində oğurluqda iştirak etdiyi ehtimal olunan 3 nəfərdən biri, Qaradağ rayon sakini Tahir Bağırov dünən saxlanılıb.
RPŞ-dən bildirilib ki, ikinci şəxsin də adı istintaqa məlumdur və o, artıq saxlanılıb. Hazırda həmin şəxs də RPŞ-yə gətirilir.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam edir.
Ruhiyyə
AzNews.az