İTV-də dəyişiklik: direktor müavin oldu

İşdən çıxarıldığı bildirilən Qərəngil Xəlilova "Çarçıfilm"in direktor müavini vəzifəsinə təyin edilib.

Bu barədə AzNews.az-a İTV-də ictimaiyyətlə əlaqələr sektorunun müdiri Tahir Məmmədov məlumat verib. O bildirib ki, Q.Xəlilova öz ərizəsi ilə direktor vəzifəsindən azad edilib. Daha sonra isə eyni qurumun direktor müavini vəzifəsinə təyin edilib.

13:34***

İTV baş direktoru Cəmil Quliyevin kadr islahatı davam edir.
Modern.az-ın əldə etdiyi məlumata görə, bu dəfə "Carçıfilm" departamentinin direktoru Qərənfil Xəlilova işdən çıxarılıb.

Xatırladaq ki, bir müddət öncə Cəmil Quliyev telekanalın bir neçə işçini İTV-dən kənarlaşdırmışdı.

AzNews.az