ATƏT-in seçkiləri izləyəcək müşahidə missiyası avqustun 26-da fəaliyyətə başlayacaq

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək uzunmüddətli müşahidə missiyası gələn həftə fəaliyyətə başlayacaq.

APA-nın xəbərinə görə, bunu ATƏT-in Bakı Ofisinin rəhbəri Koral Tarqay deyib.

Onun sözlərinə görə, missiyanın ofisi avqustun 26-da açılacaq. Uzun müddətli missiyanın tərkibində Azərbaycana 30 nəfər gələcək. Bundan əlavə, 50-50 nəfərdən ibarət yardımçı heyət olacaq.

Səfir deyib ki, seçki günü prosesləri izləyəcək qısamüddətli ATƏT missiyası isə 180 nəfərdən ibarət olacaq.

Uzunmüddətli müşahidə missiyası ölkədə seçki öncəsi vəziyyətin monitorinqini aparacaq.

AzNews.az