Mirmahmud Mirəlioğlu Türkiyəyə səfərə gedib

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Türkiyəyə səfərə gedib.

KXCP-nin təşkilat şöbəsinin müdiri Xəzər Teyyublunun APA-ya verdiyi məlumata görə, səfər Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının dəvəti ilə həyata keçirilir.

Səfər çərçivəsində M.Mirəlioğlu MHP sədri Dövlət Baxçalı, MHP-nin parlamentdə təmsil olunan deputat fraksiyasının üzvləri, Türkiyədə fəaliyyət göstərən bir sıra təşkilat və dərnəklərdə görüşlər keçirəcəklər.

KXCP sədrinin səfəri avqustun 29-da başa çatacaq.

AzNews.az