“Barəmdə yazılanlara əhəmiyyət vermirəm“- Abbas Abbasov

Baş nazirin sabiq müavini: "Barəmdə yazılanlara əhəmiyyət vermirəm .Kim nə yazırsa, yazsın. Mən bunlara əhəmiyyət vermirəm. Bu həmin adamların problemidir".

Bu sözləri Moderator.az-a açıqlamasında hazırda Rusiyada yaşayan baş nazirin sabiq birinci müavini Abbas Abbasov son zamanlar bəzi media orqanlarında barəsində yayılan xəbərlərə münasibətində bildirib. Abbas Abbasov deyib ki, bəzilərinin iddia etdiyi kimi müdafiəyə də ehtiyacı yoxdur: "Mənim müdafiəmə də ehtiyacım yoxdur. Bu məsələlərlə bağlı xüsusi açıqlama, müsahibə vermək niyyətim yoxdur. Kim nə istəyirsə, yazsın".
Xatırladaq ki, son günlər bəzi media orqanlarında Abbas Abbasovun "vurulma" planının işə düşdüyü barədə davamlı xəbərlər yayılır.

AzNews.az