Sərdar Cəlaloğlu prezidentliyə namizəd oldu- Qərar

Azərbaycan Demokrat Partiyası (ADP) Ali Məclisi bu gün keçirilən iclasda partiya sədri Sərdar Cəlaloğlunun prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edib.

S.Cəlaloğlu Trend-ə bildirib ki, iclasda namizədliyinin təsdiq olunması üçün sənədlərin tez bir zamanda Mərkəzi Seçki Komissiyasına təqdim olunması qərar alınıb.

Həmçinin iclasda S.Cəlaloğlunun səlahiyyətli nümayəndələri müəyyənləşib.

AzNews.az