- Köhnə - Hadisə
- 29 Avqust 2013 13:51
- 3 136
Bakı-Qəbələ aviareysi sabah açılır
Uçuşlara avqustun 30-dan etibarən başlanacaq: "Bakı-Qəbələ-Bakı reysləri hər həftənin V və VII günləri Bakıdan Qəbələyə saat 15:00-da, əks istiqamətdə isə 16:25-də "Embraer-170" tipli təyyarələrlə həyata keçiriləcək".
Bakı-Qəbələ aviareysi üzrə bir istiqamətdə aviabiletin qiyməti 48 manat təşkil edir. Bakıdan Qəbələyə uçuş 35 dəqiqə təşkil edir.
Qeyd edək ki, hazırda Qəbələ aeroportundan Moskvaya uçuşlar həyata keçirilir, sentyabrın 12-dən etibarən isə Sankt-Peterburq şəhərinə birbaşa aviareyslərə başlanacaq.
AzNews.az