Bu gündən xarici pasportlar yeni qaydayla verilir

15 yaşına çatmış vətəndaşlardan əl-barmaq izi götürüləcək


1 sentyabr 2013-cü il tarixindən etibarən, "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" 2013-cü il 19 aprel tarixli qanunun tətbiqinə başlanılır.

Yeni qanuna görə, artıq ümumvətəndaşlıq pasportunu (xarici pasportu) vətəndaşlar müraciət etdikdən sonra on iş günü müddətində, Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda ("Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə"də nəzərdə tutulan sənədlər əsasında) isə iki iş günü müddətində ala bilərlər.

Eyni zamanda "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda ümumvətəndaş pasportu vətəndaşın ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq beş və ya bir iş günü müddətində də verilir.

Həmçinin 15 yaşına çatmış vətəndaşlardan əl-barmaq izi götürüləcəkdir.

Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə yeni qiymətlər müəyyən olunub.

Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə qiymətlər

On iş günü müddətində verildikdə və ya dəyişdirildikdə, yaxud Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:

- bir yaşınadək uşaqlar üçün
10 manat
- bir yaşından üç yaşınadək uşaqlar üçün
20 manat
- üş yaşından on səkkiz yaşınadək uşaqlar üçün
30 manat
- on səkkiz yaşına çatmış vətəndaşlara
40 manat
Beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə
-bir yaşınadək uşaqlar üçün
20 manat
- bir yaşından üç yaşınadək uşaqlar üçün
40 manat
- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün
60 manat
- on səkkiz yaşına çatmış vətəndaşlara
80 manat
Bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:
- bir yaşınadək uşaqlar üçün
40 manat
- bir yaşından üç yaşınadək uşaqlar üçün
80 manat
- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün
120 manat
- on səkkiz yaşına çatmış vətəndaşlara
160 manat

AzNews.az