İqbal Ağazadənin namizədliyi qeydə alındı

Mərkəzi Seçki Komissiyası (MSK) Ümid Partiyasının sədri İqbal Ağazadənin prezidentliyə namizədliyini qeydə alıb.

APA-nın məlumatına görə, iclasda MSK katibi Arifə Muxtarova məlumat verib ki, namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülmüş İqbal Führuz oğlu Ağazadənin məsələsi araşdırılıb, təqdim etdiyi imza vərəqələri yoxlanıb və onun namizədliyinin qeydə alınması üçün hüquqi əsasların olması müəyyən edilib.

Sonra MSK açıq səsvermə yolu ilə İ. Ağazadənin namizədliyinin irəli sürülməsini təsdiqləyib.

Qeyd edək ki, buna qədər prezident İlham Əliyevin namizədliyi qeydə alınmışdı.


AzNews.az