- Köhnə - Hadisə
- 9 Sentyabr 2013 13:17
- 3 850
Bakıda ticarət mərkəzində yanğın
AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ticarət mərkəzinin 1-ci mərtəbəsində yerləşən mağazanın lambirdən ibarət tavanı 6 kv.m sahədə əriyib, 2-ci mərtəbəsində yerləşən hazırda fəaliyyət göstərməyən taxta konstruksiyadan ibarət stomotoloji kabinetin yanar konstruksiyaları 30 kv.m sahədə yanıb.
Ticarət mərkəzinin qalan hissəsi və bitişik bina yanğından mühafizə olunüb. Yanğn saat 11:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
AzNews.az