Rusiyada axtarışda olan azərbaycanlı saxlanıldı

Rusiyada cinayət törədərək Azərbaycana gələn şəxs Gəncədə saxlanılıb.

Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində bu ilin iyun ayından Rusiya Federasiyasında axtarışda olan, 1992-ci il təvəllüdlü Sənan Tağıyev Gəncədə yaşadığı evdə saxlanılaraq hüquq-mühafizə orqanlarına təqdim edilib. Məlumata görə, S. Tağıyev Rusiyada sağlamlığa zərər vurduğuna görə axtarışda olub.

AzNews.az