Sumqayıtda baş verən dəhşətli qəza ilə bağlı rəsmi məlumat

Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda baş verən dəhşətli qəza ilə bağlı məlumat yayıb.


AzNews.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 17-də saat 00.20 radələrində Sumqayıt şəhəri Sülh küçəsində şəhər sakinləri Anar Məmmədovun idarə etdiyi "Volkswagen-Passat", Babək Bağırovun idarə etdiyi "Hyundai-Santafe" və Müslüm Məmmədovun idarə etdiyi "AzSamand" markalı avtomaşınlar toqquşub. Nəticədə M.Məmmədovun sərnişinlərindən Salyan rayon sakini Qismət Kərimov, B.Bağırovun sərnişinləri, Siyəzən rayon sakini Rəşad Cəlilov və 3 kişi (şəxsiyyətləri müəyyənləşdirilir) hadisə yerində ölüb. Xəsarət alan B.Bağırov, M.Məmmədov, habelə onun digər sərnişinləri, Sumqayıt şəhər sakini Ramin Məmmədov, Yevlax rayon sakini Ceyhun Əzizov və Bakı şəhər sakini İlloriyan Katlyarov isə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

AzNews.az