Mövqelərimiz atəşə tutuldu

AzNews.az xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Baş Qərvənd, Şıxlar, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Qaraxanbəyli, Qorqan və Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

AzNews.az