İki avtomobil toqquşdu - Qubada

Sentyabrın 19-na keçən gecə Quba şəhərində ağır yol qəzası baş verib.

Hadisə şahidlərinin Lent.az-a verilən məlumata görə, Meydan küçəsində 90 GL 258 dövlət nömrə nişanlı "Mercedes 190" ilə "VAZ 21 011" markalı iki avtomobil toqquşub. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib. "VAZ 21 011" tamamilə yarasız vəziyyətə düşüb.

Xoşbəxtlikdən qəza nəticəsində ciddi xəsarət alan olmayıb. Faktla bağlı araşdırmalar aparılır.

AzNews.az