DİN-dən avtobus qəzası ilə bağlı açıqlama

Səbail rayonu "Şıx" çimərliyinin yaxınlığında baş verən avtobus qəzası zamanı 2 nəfər ölüb, 6 nəfər xəstəxanaya yerləşdirilib.


AzNews.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 20-də saat 11.00 radələrində Səbail rayonu "Şıx" çimərliyinin yaxınlığında Tərtər rayon sakini Füzuli Haqverdiyev idarə etdiyi 120 saylı xətt üzrə hərəkət edən "Daevoo" markalı avtobusu aşırıb və sonradan avtobus hasara çırpılıb.

Nəticədə Füzuli Haqverdiyev və sərnişinlərindən 40-45 yaşlı kişi hadisə yerində ölüb, xəsarət almış digər sərnişinlər- Neftçala rayon sakinləri Teyyub Əhmədov, Abbas Vəliyev, Masallı rayon sakini Famil Abbasov, Bakı şəhər sakinləri Alim Əliyev, Nizam Ramazanov və Zefuttin Buşumov isə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

AzNews.az