Əsas yolun nə vaxt açılacağı barədə məlumat verilmir Əsas yolun nə vaxt açılacağı barədə məlumat verilmir

Bakının ən böyük prospekti bağlandı

Əsas yolun nə vaxt açılacağı barədə məlumat verilmir



Bu gün səhər saatlarından etibarən Bakının ən böyük prospekti olan Heydər Əliyev prospektində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən lent.az-a verilən məlumata görə, Bağırov körpüsünün yaxınlığında əsas yolda təmir işləri aparıldığından metronun "Koroğlu" stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Kənar yollar sürücülərin istifadəsi üçün açıqdır.

Əsas yolun nə vaxt açılacağı barədə məlumat verilmir.

AzNews.az