- Köhnə - Hadisə
- 24 Sentyabr 2013 16:16
- 2 331
Yağış “Reytinq” qəzetini kompütersiz qoydu
Bu barədə AzNews.az-a qəzetin baş redaktoru Afiq Mirzəbəyli məlumat verib. Onun sözlərinə görə, yağış suları ən çox kompüterlərə və printerə ziyan vurub.
Hazırda redaksiyanın bir neçə kompüteri və printeri sıradan yararsız vəziyyətə düşüb. Nəticədə qəzetin fəaliyyətini davam etdirməsində problem yaranıb. Redaksiya problem həll etməyin yolunu axtarır.
Bahar Rüstəmli
AzNews.az